İş barədə məlumat

– Ali təhsil (maliyyə, biznesin idarə olunması və mühasibat sahəsində olması vacibdir)
– Vergi, dsmf, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
– Analitik təhlil etmə qabiliyyəti
– ACCA, CİMA və digər sertifikatların olması üstünlükdür
– Kompyuter biliyi yüksək səviyyədə (Excel, Word, Outlook)
– İş rejimi – I-V gün 09:00-dan 18:00-dək
VI gün 09:00-dan 13:00-dək

Namizədə tələblər

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
-Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Mövcud uçotun təhlil olunması və müvafiq hesabatların hazırlanması
– Rəsmi hesabatları (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim etmək
– Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanmasına nəzarət
– Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– Vergi uçotunun aparılması, vergi bəyənnamələri və hesabatlarının hazırlanması və təqdim edilməsi, vergi orqanları ilə hesablaşmaların həyata keçirilməsi, vergilərin vaxtında hesablanması və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi
– Rəhbərliyi tələb olunan mühasibatlıq məlumatları ilə təmin etmək
– Uçot siyasətinin, maya dəyərinin uçotu və amortizasiya metodlarının müəyyənləşdirilməsi və tətbiqinə nəzarət edilməsi 

Göstərilən tələblərə cavab verən namizədlər bankın CV formasını “BAŞ MÜHASİB Joblab.az” qeyd edərək [email protected]   email ünvanına göndərə bilərlər.İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.